news

Skelet-əzələ sistemi radioloji xidmətlər – rentgenoloji müayinələri, ulstrasəs müayinəsi, kompyuter tomoqrafiya müayinələri, maqnit rezonans müayinələri müxtəlif xəstəliklərdə istifadə olunur.İlkin olaraq rentgenoloji müayinələr aparılır.Rentgenoloji müayinələri – anadangəlmə xəstəliklərdə (məsələn anadangəlmə bud-çanaq oynağı çıxıqları), travmalarda (sınıqlarda, çıxıqlarda), iltihab xəstəliklərində (artrit, osteomielit), degenerativ xəstəliklərdə (artroz), xoş və bədxassəli şişlərdə (xondroma, ekzostos, osteosarkoma) istifadə olunur.

Ultrasəs müayinəsindən travma və iltihab problemlərində (məsələn oynaq və yumşaq toxuma ulstrasəs müayinəsi) yararlanmaq olar.Kompyuter tomoqrafiya müayinələrində – iltihab xəstəliklərində (məsələn osteomielit və digərlərində lokalizasiyası, ocaqlı-destruktiv dəyişikliklərin dərəcəsi, yayılması), travmalarda (sınıq və çıxıqların tam olaraq lokalizasiyası, forması, yerdəyişməsi, fraqmentasiyanı), şişlərdə 3 D rekonstruksiya ilə aydınlaşdırılır.Maqnit rezonans tomoqrafiya  skelet-əzələ sistemi xəstəliklərində unikal müayinə üsuludur.İltihab xəstəliklərdə (osteomielit, bursit), travmalarda (meniks yırtıqları, çarpaz və digər bağların yırtılmaları), şişlərdə differensial diaqnostikada rolu böyükdür.